Güclü yağış Şəkidə fəsadlar törədib, Qudula kəndini su basıb

Son günlər şimal-qərb zonasında yağan yağışlar Şəkinin Qudula kəndində fəsadlar yaradıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, güclü yağış səbəbindən kəndin iki tərəfindən axan Əyriçay və Kiş çaylarını daşaraq sel suları ilə yanaşı, lil qatı da gətirməsi nəticəsində fərdi təsərrüfatları su basıb.

Hazırda fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən müvafiq işlər aparılır.

Digər xəbərlər

Hacıqabulda zəlzələ olub 19 noyabr, 2026 / 10:28
Qobustanda top mərmisi tapılıb 18 noyabr, 2026 / 10:31