Tovuzda xəsarət alan piyadanın şəxsiyyəti məlum oldu - YENİLƏNİB

Tovuz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan piyadanın şəxsiyyəti dəqiqləşdirilib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən zaman “Lada Priora” markalı avtomobilin vururaq xəsarət yetirdiyi şəxs Alakol kənd sakini, 2001-ci il təvəllüdlü Ramil Elman oğlu Rüstəmovdur.

Onun müalicəsi yerləşdirildiyi Tovuz Rayon Mərkəzi Xəstəxanasında davam edir.

Faktla bağlı araşdırma aparılır.


21:30***

Tovuz rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Tovuz şəhərində qeydə alınıb. 

Yolu qarşı tərəfə keçmək istəyən kişi piyadanı avtomobil vurub. Xəsarət alan piyada Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27
Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54