Tovuzda avtomobil piyadanı vuraraq öldürüb

Tovuz. 10 avqust. REPORT.AZ/ Tovuz rayonunda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Əyyublu kəndində baş verib.

Yolu keçmək istəyən kənd sakini, 1977-ci il təvəllüdlü Vasif Fətullayevi "VAZ-21015" markalı avtomobil vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ordubadda qaya uçqunu olub 16 aprel, 2026 / 09:30