Tovuzda avtomobil piyadanı vuraraq öldürüb

Tovuz. 17 iyul. REPORT.AZ/ Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

Yolu keçərkən avtomobil tərəfindən vurulan şəxsin meyiti morqa aparılıb. Onun Əyyublu kənd sakini 1992-ci il təvəllüdlü Taleh Salehoğlu olduğu müəyyənləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Şəkidə evdə partlayış olub 23 yanvar, 2026 / 09:36