Tovuzda avtomobil aşdı, xəsarət alan var

Tovuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəza rayonun Xatınlı kənd ərazisində qeydə alınıb. 

Belə ki, avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində rayonun Qaraxanlı kənd sakini, 1989-cu il təvəllüdlü Emin Mehrəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb və o, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47