Tovuzda 9 yaşlı uşaq yük maşınından yıxılaraq ağır xəsarət alıb

Tovuz. 31 oktyabr. REPORT.AZ/ Tovuz rayonunda 9 yaşlı uşaq yük maşınından yıxılaraq xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb.

Belə ki, 9 yaşlı Fəqan Xəqani oğlu Həsənov "QAZel" markalı yük avtomobilindən yıxılaraq ağır xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib və hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14