Tovuzda 52 yaşlı kişi ehtiyatsızlıqdan ağır xəsarət alıb

Tovuz. 7 avqust. REPORT.AZ/ Tovuz rayonunda yerli sakin bədbəxt hadisə nəticəsində xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Tovuz rayon sakini 1966-cı il təvəllüdlü Elxan Paşayev iş zamanı ehtiyatsızlıqdan ayağına şüşə list düşüb. 

Nəticədə xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib və əməliyyata alınıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47