Tovuzda 41 yaşlı kişi pilləkəndən yıxılaraq ağır xəsarət alıb

Tovuz. 11 dekabr. REPORT.AZ/ Tovuz rayonunda 41 yaşlı kişi yaşadığı evin pilləkənindən yıxılaraq ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Dönük Qırıqlı kənd sakini, 1975-ci il təvəllüdlü Səfərov Vidadi Göycə oğlu yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Kəllə-beyin travması diaqnozu qoyulan yaralı Travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirib. Yaxınlarının dediyinə görə, hadisə baş verən zaman S. Vidadi sərxoş olub.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39