Tovuzda 4 yaşlı uşaq dərmandan zəhərlənərək ölüb

Tovuz. 5 aprel. REPORT.AZ/ Tovuz Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, 2014-cü il təvəllüdlü Xanım Vüsal qızı Məhərrəmova ağır vəziyyətdə xəstəxanaya aparılıb. 

Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Uşağın dərmandan zəhərlənərək öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər