Ağstafa sakini Tovuz rayonunda ot bağlaması daşıyan "KamAZ"ın yük yerindən yıxılaraq ağır xəsarət alıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, Ağstafa rayon sakini, 1982-cü il təvəllüdlü Bəhruz Orucov kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin kafi olduğu bildirilir.
Yaxınları onun Tovuz rayonunda ot daşıyan maşının yük yerindən yıxılaraq xəsarət aldığını deyib.
Faktla bağlı araşdırma aparılır.