Tovuzda 36 yaşlı qadın bıçaqlanıb

Tovuzda 36 yaşlı qadın bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Avdal kəndində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü G.Rzayeva mübahisə zəminində bir bıçaq xəsarəti alıb.

O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.

Qadını bıçaqlamaqda onun həyat yoldaşı şübhəli bilinir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27