Tovuzda 32 yaşlı kişini avtomobil vurub

Tovuz rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Tovuz şəhərində qeydə alınıb. Yolu qarşıya keçmək istəyən rayon sakini, 1990-cı il təvəllüdlü Ə.Ağayevi minik avtomobili vurub.

Yaralı müxtəlif bədən xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər