Tovuz. 11 dekabr. REPORT.AZ/ Tovuzda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Eyyublu kənd sakini, 2013-cü il təvəllüdlü Bayramzadə Fidan Fürudin qızı yaşadığı evdə oynayarkən yıxılıb və başı otaqda qurulan odun sobasına dəyib.
Ağır kəllə-beyin travması alan Fidan Bayramzadə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən dərhal tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilən uşağın vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.