Tovuzda 29 yaşlı gənc bıçaqlanıb

Tovuz. 18 noyabr. REPORT.AZ/ Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Bayramlı kəndində qeydə alınıb. 

Belə ki, iki gənc arasında qız üstündə mübahisə yaranıb və bu zaman onlardan biri, 1988-ci il təvəllüdlü Ramin İsmayıl oğlu Əzizov bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib, vziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45