Tovuzda 21 yaşlı gəncin ölümünə səbəb olan sürücü saxlanılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, dünən Əsrik-Cırdaxan kəndində yük maşınının aşması nəticəsində 21 yaşlı Əli Abbasov ölüb.
Ölümə səbəb olan sürücü, 1996-cı il təvəllüdlü Quliyev Əfqan Məstan oğlu saxlanılıb.
Qeyd edək ki, Ə.Quliyev ölən şəxsin qonşusu olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.