Tovuzda 13 yaşlı qız dəm qazından zəhərlənib

Bakı. 13 fevral. REPORT.AZ/ Tovuz rayonunda 13 yaşlı qız dəm qazından zəhərlənib.

"Report"un məlumatına görə, valideynləri Günay Hüseynovanı dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar.

Xəstəxanadan verilən məlumata görə, qızın vəziyyəti artıq stabildir.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47