Tovuzda 11 yaşlı piyadanı avtomobil vurub

Tovuz rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Aşağı Quşçu kənd sakini, 2009-cu il təvəllüdlü N.Hüseynovu avtomobil vurub. O, öncə Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha sonra Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə göndərilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14