Tovuzda 1 yaşlı körpənin üzərinə qaynar su tökülüb

Tovuz. 3 iyul. REPORT.AZ/ Tovuzda 1 yaşlı körpə bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qovlar şəhərində baş verib.

Belə ki, 2016-cı il təvəllüdlü Vəliyeva Ayan Ramin qızının üzərinə qaynar su tökülüb. Körpə yanıq xəsarəti alıb. Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən körpənin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Qubada zəlzələ olub 09 dekabr, 2025 / 22:49