Tovuz. 6 iyul. REPORT.AZ/ Tovuzda 49 yaşlı kişini ilan sancıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Ağdam kəndində qeydə alınıb.
Burada kənd sakini, 1968-ci il təvəllüdlü İsayev Mehdixan Komsomol oğlu sahədə işləyən zaman əlindən ilan sancıb.
O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.