Tovuz sakini qarpızdan zəhərlənib

Tovuz. 27 iyun. REPORT.AZ/ Tovuz rayonunda yerli sakin qarpızdan zəhərlənib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Öysüzlü kənd sakini, 1953-cü il təvəllüdlü Alıyev Rəşad Mati oğlu yediyi qarpızdan zəhərlənərək xəstəxanaya yerləşdirilib. Reanimasiya şöbəsində müalicə olunan xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48