Tovuz sakini intihara cəhd edib

Tovuz. 5 dekabr. REPORT.AZ/ Tovuz sakini sirkə turşusu içərək intihara cəhd edib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Əyyublu kəndində baş verib.

Kənd sakini, 1970-ci il təvəllüdlü Nəbi İsaq oğlu Əliyev sirkə turşusu içərək özünü zəhərləyib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hazırda reanimasiya şöbəsində müalicəsi davam edən şəxsin hansı səbəbdən intihara cəhd etməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54