Tovuz rayonunda piyadanı maşın vurub

Tovuz. 18 dekabr. REPORT.AZ/ Tovuz rayonunun Düz Qırıqlı kəndində piyadanın vurulnası ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, həmin kəndin 1960-ci il təvəllüdlü sakini Əhliman Aslan oğlu Səmədov yolu keçmək istəyən zaman avtomobil tərəfindən vurulub.

Müxtəlif dərəcədə xəsarətlər alan piyada Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47