“Tiktok”da qeyri-etik ifadələr işlədən qadın üzr istəyib

“Tiktok” sosial şəbəkəsində qeyri-etik ifadələr işlədən qadının şəxsiyyəti məlum olub.

"Report"un əldə etdiyi məlumata görə, onun Bakının Nəsimi rayonunda kirayə yaşayan, 1988-ci il təvəllüdlü Anarə Natiq qızı Valehova olduğu müəyyənləşib.

Həmin şəxs polis orqanına dəvət olunub və onunla aparılan sorğu zamanı A.Valehova qeyri-etik ifadələr səsləndirdiyinə görə peşman olduğunu bildirərək üzr istəyib.

Digər xəbərlər

Bakıda restoranda yanğın olub 03 dekabr, 2025 / 22:44