Bakı. 6 avqust. REPORT.AZ/ Gəncədə tikinti şirkətlərinin birindən oğurluq edilib. "Report" bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.
Məlumata görə, avqustun 4-də Gəncə şəhərində şəhər sakini Namiq Süleymanova məxsus "Universal NAA" MMC-dən qapını sındırmaq yolu ilə 3000 manat dəyərində inşaat materialları oğurlayan şəhər sakini Rəfayel Məmmədov tutulub.
Faktla bağlı araşdırma aparılır.