Tərtərdə yer şumlayan traktor aşıb, sürücü xəsarət alıb - FOTO

Tərtər rayonunda traktorun aşması nəticəsində bir nəfər xəsarət alıb. "Report" un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Sarov kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini Adil Əliyev idarə etdiyi “Belarus” markalı traktorda hərəkətdə olarkən idarəetməni itirərək onu aşırıb. Nəticədə A.Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralı ilk öncə Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır olduğu üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə göndərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47