Tərtərdə hamilə qadın evdə ölüb

Tərtərdə hamilə qadın evdə ölüb.

"Report" xəbər verir ki, hadisə Tərtər rayonunun, Hüsənli kəndində qeydə alınıb.

Belə ki, həmin ərazidə yaşayan 1995-ci il təvəllüdlü, 29-30 həftəlik hamilə vəziyyətdə olan Türkanə Əsədovanın evdə halı pisləşib və qəflətən ölüb.

Mərhumun yaxınlarının sözlərinə görə, o, epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41