Tərtərdə avtomobil piyadanı vuraraq öldürüb

Tərtərdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, hadisə ötən gün rayonun Azad Qaraqoyunlu kəndində baş verib.

Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı avtomobil qarşıdan gələn "Hundai" markalı avtomobillə toqquşub. Zərbənin təsirindən "Hundai" markalı avtomobil yoldan çıxaraq kənd sakini Nazilə Cəfərovanı vurub.

Ağır xəsarətlər alan N.Cəfərova hadisə yerində ölüb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47