Tərtərdə avtomobil piyadanı vuraraq öldürüb

Tərtər rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

“Report” xəbər verir ki, hadisə rayonun Bəyimsarov kəndində qeydə alınıb.

Belə ki, “VAZ-21099” markalı avtomobil yolu keçmək istəyən piyada Zaur Hümbətovu vurub.

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26