Tərtərdə atlını maşın vuraraq öldürüb

Tərtər rayonunda ölümülə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, rayonun Poladlı kəndində "Lifan" markalı minik avtomobili yol kənarında atla gedən 1979-cu il təvəllüdlü kənd sakini Hüseynov Məhər Məhərrəm oğlunu vurub.

Zərərçəkmiş hadisə yerində ölüb.

Faktla bağlı Tərtər rayon Polis şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14