Tərtərdə 34 yaşlı kişinin yaşadığı evdə meyiti tapılıb

Tərtər. 19 noyabr. REPORT.AZ/ Tərtər rayonunda 34 yaşlı kişinin yaşadığı evdən meyiti tapılıb.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, hadisə Tərtər şəhərinin Qara Qarayev küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Həmin evdə yaşayan 1984-cü il təvəllüdlü Rəşad Bayram oğlu Nərimanlının meyiti aşkar edilib. Meyit adiyyəti üzrə təhvil verilib. 

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47