Tərtərdə 1 ədəd pulemyot və 89 ədəd patron aşkarlanıb

Tərtər rayonunda silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olan zaman Həsənqaya kəndi ərazisində 1 ədəd pulemyot və 89 ədəd patron aşkar edərək götürüblər.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ağdamda traktor minaya düşüb 05 sentyabr, 2026 / 23:54
Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37