Tanınmış aparıcının tikdirdiyi villasından oğurluq edən şəxslər saxlanıldı

Teleaparıcı Azər İsmayılovun (Zahid) Mərdəkan-Buzovna yolunun yaxınlığında tikdirdiyi villasında baş verən oğurluq hadisəsinin üstü açılıb.

Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunanlar - 1978-ci il təvəllüdlü Y.Yusifov və 1969-cu il təvəllüdlü R.Əliyev müəyyən olunaraq saxlanılıb, maddi sübutlarla birlikdə İstintaq şöbəsinə təhvil verilib. 

Faktla bağlı şübhəli şəxslər ətrafında araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14