Şüvəlanda 1 yaşlı körpə su anbarına düşərək ölüb

Fövqəladə Hallar Nazirliyinə (FHN) Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində azyaşlının quyuya düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən "Report"a bildirilib ki, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2022-ci il təvəllüdlü azyaşlı fərdi yaşayış evinin həyətindəki köməkçi tikilidə dərinliyi 2 m, həcmi 8 m³ olan yeraltı su anbarına düşüb.

FHN-in qüvvələri tərəfindən xüsusi vasitələrlə azyaşlının meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14