Suraxanıda zəhərlənmə hadisəsi olub

Bakıda 2 nəfər dəm qazından zəhərlənib.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Dədə Qorqud qəsəbəsində 1986-cı il təvəllüdlü Əmirova Samiya Əliməmməd qızı, Bülbülə qəsəbəsində isə 1992-ci il təvəllüdlü Əliyeva Sədaqət Ələddin qızı yaşadığı evdə dəm qazından zəhərlənib.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29