Paytaxtda baş verən yol qəzasında 5 gənc xəsarət alıb

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Bahar qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 2000-ci il təvəllüdlü Rəhmanov Sahil Rüstəm oğlu, 1999-cu il təvəllüdlü Quliyev İbrahim Elçin oğlu, 2000-ci il təvəllüdlü Məmmədli Turan Rəhim oğlu, 2000-ci il təvəllüdlü Ovçuyev Ayxan Şahin oğlu və 1995-ci il təvəllüdlü Yusifov Rüfət Əlibaba oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. S.Rəhmanova döş qəfəsinin, boyun fəqərələrinin əziyi, İ.Quliyevə sol dirsəyin əzilmiş-cırılmış yarası, T.Məmmədliyə sol bazunun yuxarı üçdə birinin çoxsaylı kəsilmiş yaraları, A.Ovçuyevə sol bazu oynağının əziyi və R.Yusifova döş qəfəsinin küt travması diaqnozları qoyulub.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41