Suraxanıda motosikletçi qəzaya uğrayaraq ağır yaralanıb

Bakının Suraxanı rayonunda 24 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı ağır yaralanıb.

"Report" xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Əliyev Azər Babək oğlu idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır .

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47