Suraxanıda iki sərnişin yol qəzası nəticəsində xəsarət alıb

Bakının Suraxanı rayonunda 2 maşının toqquşması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, nəticədə avtomobillərdə olan sərnişinlər - 29 yaşlı Canəliyev İntizam Bəyoğlan oğlu və 1975-ci il təvəllüdlü Məmmədov Eldar Fəxrəddin oğlu yaralanaraq xəstəxanaya çatdırılıb.

İ.Canəliyevə çanağın əziyi, E.Məmmədova isə döş qəfəsinin əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54