Suraxanıda iki əl qumbarası aşkarlanıb

Bakının Suraxanı rayonu ərazisində iki əl qumbarası aşkarlanıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, hadisə yerinə baxış zamanı aşkarlanan sursatın 2 ədəd döyüş tətbiqinə yararlı F-1 əl qumbarası olduğu müəyyənləşib. Sursat zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Digər xəbərlər

Şahbuzda zəlzələ olub 04 avqust, 2026 / 12:08
İmişlidə zəlzələ olub 03 avqust, 2026 / 22:17