Suraxanıda avtomobil 57 yaşlı kişini vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Qaraçuxur qəsəbəsində avtomobil yolu keçən 1963-cü il təvəllüdlü Orucov Qurban Məmməd oğlunu vurub.

Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qarın və döş qəfəsinin küt travmaları diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14