Bakının Suraxanı rayonunda 62 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
“Report”un məlumatına görə, 1961-ci il təvəllüdlü Əsgərova Nərgiz Əfqan qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır .