Bakıda 43 yaşlı piyadanı avtomobil vurub

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Əzizov Pərviz Möhübbət oğlu yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona hər iki dizin əzilmiş yarası diaqnozu qoyulub.

Digər xəbərlər