Suraxanıda 22 yaşlı gənc üçüncü mərtəbədən yıxılıb

Bakının Suraxanı rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, 1997-ci il təvəllüldü Quliyev Məmmədəli 3-cü mərtəbədən yerə yıxılıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona sol ayağının açıq sınığı diaqnozu qoyulub. 

Ramin Şahbazov

Digər xəbərlər

Gəncədə ev yanıb, ölən var 26 mart, 2026 / 10:51