Suraxanı rayonunda yol qəzasında 25 yaşlı gənc xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report" xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib.

Zığ qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Eyvazov Həmid Eldar oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin əziyi diaqnozu qoyulub.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47