Suraxanı rayonunda mənzildən 46 yaşlı kişi meyiti tapılıb

Bakıda mənzildən 46 yaşlı kişi meyiti tapılıb.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı məlumat yayıb.

Belə ki, FNH-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilə daxil olaraq orada aşkarlanan 1973-cü il təvəllüdlü Əliyarov Tariyel Rüstəm oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Digər xəbərlər