Suraxanı rayonunda avtomobillər toqquşub, yaralanan var

Bakının Suraxanı rayonunda 35 yaşlı kişi yol qəzasında xəsarət alıb.

"Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Əliyev Ramil Eliyaroviç xəsarət alıb.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər