Suraxanı rayonunda 54 yaşlı kişini avtomobil vurub

Bakının Suraxanı rayonunda 54 yaşlı kişini avtomobil vurub.

“Report”un məlumatına görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1969-cu il təvəllüdlü Əzimov Mikayıl Ağababa oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun və əng sümüyünün sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39