Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşub

Sumqayıtda beş minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu məlumat verir ki, qəza Sülh prospektində qeydə alınıb.

Belə ki, "Changan", BMW, "Hyundai", "Chevrolet" və "Niva" markalı avtomobillər toqquşub. Nəticədə nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər