Sumqayıtda yol qəzası olub, moped sürücüsü ölüb

Sumqayıt şəhərində sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayonunda qeydə alınıb.

Məlumata görə, idarətmədən çıxan moped divara çırpılıb.

Nəticədə sürücü, 2008-ci il təvəllüdlü Eldəniz Elşad oğlu Allahverdiyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xaçmaz rayonunda zəlzələ olub 05 iyul, 2026 / 09:05
Masazırda maşın yanıb 04 iyul, 2026 / 14:30
İmişlidə zəlzələ olub 04 iyul, 2026 / 13:48