Sumqayıtda Telekommunikasiya Qovşağının naqilini oğurlayan şəxs saxlanılıb

Sumqayıt Telekommunikasiya Qovşağına məxsus naqili oğurlayan şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Əlövsət Abbasov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

Araşdırmalarla onun Sumqayıt Telekommunikasiya Qovşağına məxsus 50 metr naqili oğurlaması da müəyyən olunub.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14