​Sumqayıtda taxta bazarı yanıb

Bakı. 11 oktyabr. REPORT.AZ/ Bu gün gecə saatlarında Sumqayıt şəhərində sahibi məlum olmayan taxta satışı bazarında yanğın olub.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində bazarın ərazisinə yığılmış 80 kub.m taxta materialları yanıb.

Taxta materiallarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41